Uşaq Filarmoniyasının kollektivi IV İslam Həmrəyliyi Oyunlarında

12 - 22 may tarixlərində Azərbaycan daha bir önəmli beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Filarmoniyadan "Olaylar" - a bildirlib ki, belə bir möhtəşəm dövlət tədbiridə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının balaca istedadları da iştirak edib. Sayca üçüncü belə dövlət tədbiridir ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyası da yaxından iştirak edir. Qeyd edək ki, bundan əvvəl birinci "Avropa Oyunları 2015" və "Formula - 1" beynəlxalq yarışlarında uğurla çıxış ediblər.

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva qeyd edib ki, uşaqlar üçün belə bir təntənəli yarışlarda iştirak etmək böyük uğur və fəxrdir. Biz də öz növbəmizdə əlimizdən gələni etdik ki, ölkəmizi layiqli təmsil edək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31