İslam dünyasının musiqi alətləri sərgisi
12 May 2017 20:35 MədəniyyətMayın 12 - də Musiqi Mədəniyyəti Dövlət Muzeyində IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş İslam dünyasının musiqi alətləri sərgisi ilə əlaqədar tədbir keçirilib. Muzeydən "Olaylar" - a bildirilib ki, sərgidə Azərbaycanın və İslam dünyasının musiqi mədəniyyətinə dair materiallar və musiqi alətləri nümayiş olunub. Tədbirdə giriş sözü ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etdi. Sonra Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi, İraqın Azərbaycandakı səfirliyin nümayəndəsi Ola Mohsin çıxış etdilər.
Tədbirdə İranın Buşehr şəhərinin "Şalu" ansamblının, muzeyin Qədim Musiqi Alətləri Dövlət Ansamblının və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Rəna Mehrəliyevanın ifalarında Azərbaycan, türk, kərkük, özbək, fars, əfqan, ərəb musiqisindən ibarət rəngarəng musiqi proqramı təqdim olunmuşdur. Video zalda Mərakeş, İndoneziya, İraq, Misir, Qətər, Türkiyə, Qırğızıstan musiqi alətlərinin ifaları olan videoçarx nümayiş olundu.