“Bir eksponatın tarixi” - “Şəbkülah”

Azərbaycan Xalça Muzeyi martın 18 - də növbəti dəfə "Bir eksponatın tarixi" layihəsini həyata keçirəcək. "Bir ekspanatı tarixi" - ndə bu dəfə  muzeyin kolleksiyasında saxlanılan və ilk dəfə olaraq nümayiş etdiriləcək, əsrlər boyu şərəf, qeyrət və namus simvolu kimi dəyərləndirilən papağın bir növü olan "Şəbkülah"ın tarixinə nəzər salınacaq. "Şəbəkülah" haqqında AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova məlumat verəcək.

Qeyd edək ki, giriş sərbəstdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31