Xalça Muzeyində keçəçi rəssam Rauf Ədbülhüseynlə görüş keçirildi

Bu gün Azərbaycan Xalça Muzeyində Azərbaycanın tanınmış keçəçi rəssamı və əsərləri dünyanın bir çox muzeylərində nümayiş etdirilən Rauf Əbdülhüseyn oğlu tərəfindən Keçə sənətinin tarixi, hazırlanma texnologiyası və bu sənətə gətirdiyi yeniliklərlə bağlı mühazirəsi keçirildi.Mühazirə zamanı rəssamın keçədən yeni əsər yaradan zaman onun üzərində apardığı gərgin iş prosesi və bu prossesin nəticəsində ortaya çıxan bir birindən dəyərli sənət əsərlərini gələn tamaşaçılara slayt vasitəsilə nümayiş olundu. Mühazirədə iştirakçılar bu qədim sənət növü haqqında ətraflı məlumat əldə etməklə yanaşı rəssama onları maraqlandıran suallarda verilirdi. Rəssam öz növbəsində verilən bütün suallara ətraflı cavab verirdi.Və nəticədə tamaşaçılar bundan yüksək zövq almaqla geniş məlumat əldə etmiş oldular. Belə mühazirələrin Azərbaycan Xalça Muzeyində ardıcıl olaraq bir birindən dəyərli sənətkarların mühazirəsini təşkil etməkdə məqsəd gələcəyimiz olan gənclərimizə mədəniyyətimizə incəsənətimizə marağı oyatmaqdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31