Fransalı musiqiçi Azərbaycanın muğamını öyrənir
22 Fevral 2016 11:45 MədəniyyətAzərbaycan muğamına olan sevgi fransalı musiqiçini Bakıya gətirib. Pierre de Treqomain muğam öyrənmək məqsədi ilə xanəndə Qoçaq Əsgərovun tələbələri sırasına yazılıb.
Bu barədə xanəndə özü məlumat verib:
"YUNESKO"nun eksperti Sənubər Bağırova mənə bildirdi ki, Fransada bir musiqiçi Azərbaycana gəlib, məndən muğam dərsi almaq istəyir. Razılıq verdim. Potensialı var. Başlanğıc olaraq ona "Rast", "Bayatı-şiraz"ı dəsgah şəklində öyrədirəm. Yaxınlarda isə "Qarabağ şikəstəsini və "Sarı gəlin" xalq mahnısını öyrədəcəm". Pedaqoq kimi çalışmıram, amma bu, birinci əcnəbi deyil ki, muğamlarımızı öyrənmək üçün mənə müraciət edir".
Q.Əsgərovu xarici səhnədə eşidib, Azərbaycan muğamlarını bu avazla sevən fransalı musiqiçi xanəndəmizdən öyrəndiklərini cazla sintez edəcəyini vurğulayıb.
"Bu çətin prosesdir,amma bacaracam. Qəzəlləri tərcümə edib, dərk edib, sonra oxuyuram" - deyən Pierre de Treqomain caz ifaçıalrından Əziz Mustafazadəni, muğam ifaçılarından isə Alim Qasımov və Qoçaq Əsgərovu tanıdığını bildirdi.
Qeyd edək ki, bundan öncə Londonda yaşayan Fidan Hacıyeva Q.Əcgərovdan muğam dərsi alıb. Fidan hazırda Soas universitetində musiqi təhsili alır.