İlqar Muradov konsert verdi

Aynur Hacıyevanın təşkilatçılığı ilə əməkdar artist İlqar Muradov əyləncə məkanlarının birində konsert proqramı ilə çıxış edib. "Olaylar"az-ın verdiyi xəbərə görə, uzun zamandır efirlərdə görünməyən müğənni iki saatlıq canlı proqram təqdim edib. Tamaşaçıların hərarətlə qarşıladığı konsertdə əməkdar artist klassik, xalq və repertuarından bəstəkar mahnılarını səsləndirib. İ.Muradovla yanaşı səhnəyə müğənnilər Leyla Babayeva və Ramil Xələfov da çıxıb.

Qeyd edək ki, konserti izləməyə gələn məşhurlar arasında xalq artistləri Siyavuş Kərimi, "Qaya"qrupunun rəhbəri Rauf Babayev, müğənni Rəşad İlyasov xanımı ilə olub.

Konsertdən fotoları təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31