İlqar Muradovdan sevənlərinə şad xəbər

Əməkdar artist İlqar Muradov konsertə hazırlaşır. Bu barədə  tədbirin təşkilatçısı Aynur Hacıyeva məlumat verib. O, fevralın 20-də əyləncə məkanlarının birində nəzərdə tutulan konsertin İ.Muradovun dinləyiciləri üçün əsl bayram olacağını bildirib. Aparıcı müğənninin məşqlərə başladığını deyib: "İlqar Muradovu sevənlər çoxdur. Konsert təklifini edəndə heç tərəddüd bildirmədi. Maraqlı tədbir olacaq".

Qeyd edək ki, İ.Muradov bir müddətdir sənətdən uzaqlaşıb. O, başının "Dronqo" filminin çəkilişlərinə qarışdığını demişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31