Manana: "Dəyişmək istəmirəm"
19 Fevral 2016 19:26 MədəniyyətƏməkdar artist Manana hər zaman arıq qalmasından danışıb. Axşam.az bildirir ki, müğənni müsahibəsində imicini dəyişməməyinin səbəblərini açıqlayıb: "Çox işləməkdən arıq qalıram. Məsuliyyətli insanam. Həm də genetikdir. Ailəmizdə də atam arıq olub. O, idmançı və musiqiçi idi. Həmişə deyirdi ki, "Qızım, sən mənə oxşayırsan". Səhnəyə bu cür forma yaraşır. Əsas insan olmaqdır. Arıq, kök, fərq etməz, insanın mədəniyyəti olsun. Çox insan deyir ki, imicini dəyiş. Amma dəyişmək istəmirəm. Mən sadə görünməyə üstünlük verirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31