Aygün İlhamədən əl çəkmir: "Baltalamağında olsun, amma..."
18 Fevral 2016 18:43 MədəniyyətXalq artisti Aygün Kazımova həmkarı İlhamə Quliyevaya yenidən söz atıb. Milli.Az-ın məlumatına görə, müğənni primetime.az-a müsahibəsində İlhamə Quliyevanı tanımadığını bildirib:
"İlhamə Quliyeva? O kimdir?"
Aygün Kazımova daha sonra "Yox bir, yeraltı və yerüstü sərvətimiz!" deyərək İlhamə Quliyevanın titullarına ilişib.
Xalq artisti primadonnanın Fikrət Əmirovun mahnılarını başqa müğənnilərə qadağan etməsi fikrinə də münasibət bildirib:
"İlhamə Quliyevanın qadağa qoymağa nə ixtiyarı çatır? Qoy o, əsl sənəti ilə məşğul olsun. Yəni, adam yedizdirməklə, tutdurmaqla, iş verməklə və sosial şəbəkədə montaj olunmuş şəkillərini yaymaqla... İlhamə Quliyevanın adı kriminal aləmində səslənir. O, gedib baltalamağında olsun. Amma bu dəfə kimisə deyil, başına bəla olan dilini... Gedib mənə yox, özünə qadağa qoysun. Gəlin mövzunu dəyişmədən yaradıcılığımla bağlı söhbəti davam etdirək".