Səidə: "Mən soyunmamışam, o lüt qız mən deyiləm" VIDEO

"2014-cü ildə çəkilən klipi niyə iki il sonra gündəmə gətirirlər ki? Anlamıram" Big.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında müğənni Səidə Dadaşova deyib. İfaçı klipdə açıq-saçıq görüntülərinin olmamasını bildirib:

"Klipdə Səidə Dadaşova olaraq mənim heç bir açıq-saçıq görüntüm yoxdur. Mən soyunmamışam, o lüt qız mən deyiləm, rəqqasədir. Anlamıram ki, "Səidə Dadaşovanın biabırçı görüntüləri yayıldı - FOTOLAR 18+" yazanlar nə əldə etmək istəyirlər?! Klipə baxanlar görəcəklər ki, yazılan informasiya yalandır, uydurmadır. Sadəcə süni şəkildə oxucu sayını artırmaq üçün belə başlıqlı xəbər yazmaq düzgün deyil. Klipdə söhbət xəyanətdən gedir. Guya mən oğlanın telefonunda ona gələn mesajları görürəm və ağlayıb, qaçıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31