Afaq Gəncəli: "Toy olacaq"

Gülərüz siması ilə hər həftə şou-biznes xəbərlərini tamaşaçılara çatdıran teleaparıcı Afaq Gəncəli tək efirdə deyil, adi həyatda da səmimiliyi ilə seçilir. Milli.Az bildirir ki, o, həyatının maraqlı təəssüratlarını primetime.az-a danışıb:

Bir ildə həyatın ən ağır zərbəsini görən, layiq olmadığı ayrılıqları yaşayan, canından can itirən, amma heç nəyə baxmayaraq, gülməyi bacaran xanımdır.

- Nə taleyimə, nə düşmənimə, nə də hər hansı qara günümə qapı bağlamıram. Qoy mənim qapım açıq olsun, oradan gələn bəla da, xoşbəxtlik də Allah tərəfindən göndərilən payımdırsa, qəbulumdur. Əslində sevgi hər bir xanıma lazımdır. Mənə sual verəndə həmişə deyirəm ki, bəli, mən sevirəm. Həyatımda bir kişi var, o da mənim Qədirxanımdır. Amma başa düşürəm ki, qadına yaşamaq üçün sevgi də gərəkdir. Nə deyim, qismət. İstəyirəm bütün xanımlar sevsinlər, özüm də xanımam özümə də bunu arzulayıram.Əsas odur ki, hörmət olsun. Əgər qarşı tərəf sənə hörmət edirsə, bu elə sevgiyə bərabərdir

Afaq qəlbinin qapılarını bağlamadığı kimi, ailə qura biləcəyini də inkar etmir:

- Nə vaxtsa, Allah qismət eləsə, ola bilər. Hazırda bu haqda düşünmürəm, indi mənim üçün əsas anamın sağlamlığıdır. Bəli, qarşıda toy olacaq. Qardaşımı evləndiririk, onun toyunu düşünürəm. Balaca qardaşım oğlumun əkiz tayı kimi idi, o qədər bir-birilərinə bənzəyirdilər ki. Deyirəm, sənin bir oğlun olsun ki, Qədirimin iyini ondan alım. Bütün ümidimi o toya bağlamışam.

Körpələrə hədsiz sevgi bəsləyən Afaq ikinci övlad haqqında düşünür:

- Allahım mənə nə qismət edibsə, şükür etmişəm. Heç vaxt üsyan edən , dizini döyən, saçını yolan insan olmamışam. Mən övladı başıma tac edən insanam. Ondan başqa övlad qismət olmasa da mən elə Qədirimin qoxusu ilə Allahın dərgahına gedəcəm. Qədirimin adı gələndə mənim üzüm gülür. Yaxşı ki, gülürəm, ağlamıram. Mənim övladım elə bir uşaq olmayıb ki, adı gələndə üzümü turşudum, ağlayım. Qədir özü də deyirdi ki, "mama", istəyirəm, sənə oxşayan bacım olsun... Ana olmaq üçün dünyaya uşaq gətirmək şərt deyil, kimsəsiz körpəyə sahib çıxaraq da valideyn olmaq olar. Ailə həyatı qurandan bir-iki il sonra övladım oldu. O ərəfədə düşünürdüm ki, özüm ana ola bilməsəm, övladlığa uşaq götürəcəm. Balaca uşaq görəndə gözümə işıq gəlir. Axırıncı tikəmi də verərəm ki, körpənin üzü gülsün. Bir müddət keçəcək, 50 yaşımda bəlkə də mən uşaq götürəcəm. O uşağa baxacam və elə onunla da ömrümü başa vuracam.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31