İlhamə Quliyeva: "Nə olduğunu desəm, bəzilərinin ürəyi partlayar"

Xalq artisti İlhamə Quliyeva son günlər yaşadığı qalmaqallardan sonra ilk dəfə canlı efirə qatılıb. Axşam.az-ın məlumatına görə, müğənni əməkdar artist Röya Ayxanın qonaq olduğu "Həyat tərzi" verilişinə zəng vurub, onu evinə qonaq çağırıb:

"Röya Azərbaycan şou-biznesinin kraliçasıdır. Əlimdə yüz tac olsa, hamısını onun başına qoyaram. Onun səsindən heç yerdə yoxdur. Kimi tərifləyirəm, çaşır. Amma Röya böyük-kiçik yeri bilir. Onun həyatı, xoşbəxtliyi qarşıdadır. Röyanı istəməyənlərin gözü çıxsın. Sənin üçün çox darıxmışam. Məndə hədiyyən var.

Onun nə olduğunu desəm, bəzilərinin ürəyi partlayar. Onun dünyada ən böyük hədiyyəsi balası Hüseyndir. Ondan sonra fəxri adıdır. Bu fəxri ad "SSR xalq artisti" səviyyəsindədir. Sözünü bu sənətdə gözəl deyib. Səsinin tembri heç kimdə yoxdur. Hamı pişik kimi mırıldayır".

R.Ayxan 14 fevral Sevgililər Günündən danışıb. O, bayramı oğlu ilə birlikdə keçirdiyini deyib:

"Mən sevirəm, məni də sevrilər. Mənim üçün hər gün Sevgililər Günüdür. Dünən daha gözəl keçirdim. Hüseynlə birlikdə restorana getdim. Ailə dostlarımızla birlikdə oturduq. Qayıdanda Hüseyn məndən küsmüşdü. Deyir, həyatımda ən pis Sevgililər Günüdür. Deyirəm, başa düşmürsən ki, ananam, sevgilin yox. Cavab verdi ki, "Onda niyə mən sənə hədiyyə verdim?" Bu gün ona istədiyi hədiyyəni alacam".

R.Ayxan yeniliklərindən danışıb:

"Apreldə yeni sinql hazırlayıram. İlin sonuna konsert etməliyik. Türkiyədə də tanıtım konserti ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31