"MTN işi"nə görə həbs edilən baş mühasiblə bağlı yeni qərar
15 Fevral 2016 13:50 MədəniyyətRabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin həbsdə olan baş mühasibi Anar Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Vəkil Gülşən Salmanovanın APA-ya verdiyi məlumata görə, Binəqədi rayon Məhkəməsi həbs müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, A.Mustafayev "MTN işi"nə görə həbs edilib. O, Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən ittiham olunur. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31