“Eurovision”da ilk dəfə olaraq türk dilində mahnı səslənəcək VIDEO

Bu il İsveçin Stokholm şəhərində keçiriləcək nüfuzlu  "Eurovision" mahnı müsabiqəsində Ukraynanı təmsil edən  Suzan Camaleddinova ilk dəfə olaraq oxuduğu mahnıda türk dilində sözlər səsləndirəcək. Moderator.az xəbər verir ki, tatar müğənni 1944-cü ildə Krım tatarlarının sürgününü özündə əks etdirən "Ey gözəl Krım" mahnısından "Mən bu yerdə qalamadım, vətənimə doyanamadım" misralarını türk dilində səsləndirəcək. Həmçinin musiqinin aranjemanına uyğun olaraq "Ey, güzel Krım" mahnısının melodiyaları da əlavə edilib. Mahnının ifası həm də türk dünyasnın üzləşdiyi tarixi əzabları çatdırılmasında çox önəmlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31