Opera və Balet Teatrının solisti TÜRKSOY-un tədbirində iştirak edəcək

Türkdilli ölkələrin beynəlxalq Mədəniyyət təşkilatı - TÜRKSOY xətti ilə Bosniya və Serbiyada baş tədbir keçiriləcək. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, "Sarayevo qışı" adlanan beynəlxalq musiqi festivalı çərçivəsində türkdilli dövlətlərin vokalçıları fevralın 19 və 20-də Sareyevoda, fevralın 22-də isə Belqradda çıxış edəcəklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına TÜRKSOY-un baş katibi D.Kaseinovun imzası ilə daxil olmuş məktubda teatrın gənc və istedadlı solisti Çinarə Şirin bu festivalda iştirak etmək üçün dəvət olunub. Festivalda Çinarə Şirin xanım K.Sen-Sansın "Samsun və Dalila" operasından Dalilanın ariyasını, J.Bizenin "Karmen" operasından Xabaneranı, eyni zamanda "Sevil" operasından Dilbərin ariyasını və Niyazinin "Arzu" romansını ifa edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31