Rəqqasə Fatimə pis xəstəliyə tutulmasından danışdı
12 Fevral 2016 19:53 MədəniyyətRəqqasə Fatimə Fətəliyeva səhhəti ilə bağlı yazılanlara aydınlıq gətirib. Publika.az xəbər verir ki, bir neçə gündür səhhəti ilə gündəmdə olan rəqqasə bundan narahat olub: "Sağlamlığımla bağlı haqqımda ağılasığmaz rəy formalaşdırmaq istəyirlər. Qrip olmuşdum. Amma bunu şişirdib pis xəstəlik ediblər. Anlamıram ki, qrip nə vaxtdan pis xəstəlik olub?! Bunlar boş şayiələrdir. Sağlamam. İşlərimin başındayam. Belə söz-söhbətlər məni ruhdan sala bilməz".
Qeyd edək ki, bəzi saytlarda rəqqasənin səhhətinin pisləşməsi haqda məlumatlar yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31