Rafael Dadaşovun keçmiş həyat yoldaşı şikayətləndi: "Sübut etdim ki..."

Xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşova FOX TV-də yayımlanan "Zuhal Topalla izdivaç" verilişinə qatılmasından danışıb. Lent.az-ın məlumatına görə, sosial şəbəkədə status yazan aktrisa bildirib ki, Azərbaycanda onun sənətinə qiymət verilmir: "Ay mənim dostlarım, əzizlərim... Gördüyünüz kimi, bir günün içində gündəmə gəlib, Azərbaycanın önəmli mövzusuna çevrilmək üçün 1 dəqiqəlik şou yetərli idi. İllərimi sənətə verdim. Amma görünür ki, sənət heç kimə maraqlı deyil. Çoxu qalmaqal axtarışındadır. İndi sübut etdim ki, ölkəmizdə bir-iki kəlmə sözlə gündəmi zəbt etmək su içmək qədər asandır".

Qeyd edək ki, S.Dadaşovanın evlilik proqramında söylədiyi  "Onunla 7 il eşq yaşadıq. Ailəli idi, övladları da varıydı. Mənə dedi ki, uşaq dünyaya gətir, sənlə evlənim. Mən də uşaq dünyaya gətirdim, amma sözündə durmadı. Dörd övladım var. Onlardan biri bu kişidəndir. Digər üç övladımın atası isə əmim oğludur (xalq artisti Rəfael Dadaşov - red.). Əbəs yerə buraya zəng edib. Bizim aramızda hər şey bitib" fikirləri böyük müzakirəyə səbəb olmuşdu. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31