Mədəniyyət və Turizm naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri tərəfindən fevral ayının 19-da Sumqayıt şəhərində qəbul təşkil olunacaq. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhər Tarixi muzeyində baş tutacaq qəbulda Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşlar iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31