Burak Özçivit Bakıda
10 Fevral 2016 15:06 MədəniyyətTürkiyəli aktyor Burak Özçivit Bakıya gəlib. Axşam.az-ın məlumatına görə, aktyor rol aldığı "Kardeşim benim" filminin qala gecəsində iştirak edəcək. Tədbir bu gün saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq. Burak Özçivitlə birlikdə aktrisa Aslı Enver də şəhərimizə gəlib.
Filmin digər baş rol ifaçısı Murad Boz isə qala gecəyə qatılmayacaq. İfaçı bir müddət əvvəl açıqlama verərək buna işlərinin çoxluğunun səbəb olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31