Eltondan Aygünə cavab: "Onlarla görüşəcəyik lazım olan yerdə"
10 Fevral 2016 14:38 MədəniyyətMüğənni Elton Hüseynəliyev və xalq artisti Aygün Kazımova arasında olan qalmaqal davam edir. Big.az xəbər verir ki, müğənni Elton Hüseynəliyev açıqlamasında Aygün Kazımovaya cavab verib: "Həyat davam edir. Hələ müsahibələr və müharibələr çox olacaq. Əsas odur ki, kiminsə hesabına bu dünyaya gəlmədik. Şükür Allaha! Öz zəhmətimizlə, əziyyətimizlə gəldik. İmkan vermərəm kimsə mənimlə təhqirlə danışsın. Onlarla görüşəcəyik lazım olan yerdə. Qaldı müsahibəyə, nə demişəmsə, hamısının arxasındayam. Hər şey kənardan göründüyü kimi deyil, həqiqətlər açılacaq!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31