Bakı Uşaq Teatrında Yeni Tamaşa “Danışan Gəlincik”
10 Fevral 2016 12:56 Mədəniyyət12 fevral 2016-cı il tarixdə 12:00-da Bakı Uşaq Teatrında "Danışan Gəlincik" tamaşasının premyerası olacaq. Premyera teatrın yerləşdiyi ünvanda Qaraçuxur qəsəbəsi Q. Abbasov adına mədəniyyət sarayında olacaq. Tamaşa Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmışdır. Quruluşçu rejissor İlhamə Əhmədova, quruluşçu rəssam Sevda Məmmədova, xoreoqraf Könüül Şahbazova, dekorçu rəssam Zəminə Allahverdiyeva, musiqi tərtibatı Rauf Hüseynli, Rəfael Muradxanlı. Rollarda İnci - Türkan Şahmarlı Rəmziyyə- Xəyalə Meydanova Şah- Rauf Hüseynli Xanım- Könül Şahbazova Dayə- İlhamə Əhmədova Aşbaz- Rəfael Muradxanlı Rəqqasələr: Günay Pirizadə, Ceyran Baxışova Tamaşada hansı hadisələrin baş verdiyini görmək üçün hər biriniz premyeraya dəvətlisiniz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31