"Qəribəm" VIDEO

Aşıq Əli lirik mahnı lentə yazdırıb. "Qəribəm" adlanan mahnının musiqisi Hacı Nazimə, sözləri Aqşin Fatehə məxsusdur. "Olaylar"az xəbər verir ki, aşıq bu mahnını efirlərdə ifa etməyəcəyinə söz verib. Səbəbi barədə danışarkən, bunları dedi: "Aşıq olduğum üçün o ifanı heç kim məndən gözləmirdi. Estrada janrında olduğu üçün mahnıyla bağlı qərar vermişəm. Bu mahnı ancaq radio dalğalarında,saytlarda səsləndiriləcək. Əlimə mükrafon alıb, efirdə səsləndirməyəcəm. Estrada janrı olduğu üçün mənə yaraşmaz. Bunu aşıq olduğum üçün deyirəm. Tənqidlərdən qorxmuram, kimsə nəsə söyləsə fikir bildirəcəm. Amma aşıq sənətinə uyğun görmədiyim üçün belə bir qərar verdim".

Aşıq sənətindən söz salan Əli daha sonra bunları dedi:

"Aşıq həm aktyor olmalıdır, həm rəqsi bacarmalıdır, saz ifası gözəl olmalıdır. Dastançılıq üçün aktyorluq önəmlidir. Bunlardan biri kasad olanda, natamamlıq özün biruzə verir".
 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31