İlhamə Quliyevadan iddialara CAVAB: "Adam da anasını döyər?"
8 Fevral 2016 16:07 Mədəniyyət"Adam da anasını döyər? Ayıb deyil? Günah deyil? Heç Allahdan qorxmurlar".
Bu sözləri big.az-a "Şərəf" və "Şöhrət" ordenli xalq artisti İlhamə Quliyeva həmkarı xalq artisti Flora Kərimovanın "Özüm şahidi olmuşam ki, İlhamə anasını döyüb" fikrinə münasibət bildirərkən deyib. İlhamə Quliyeva bu söhbətlərdən təngə gəldiyini də etiraf edib:
"Mən anam öləndən bu günə kimi ağlayıram. Bir gözüm gülür, bir gözüm ağlayır. Rəhmətə gedən adamla nə işləri var axı? Flora paxıllığımı çəkir. Ona görə də qalıb nə desin..."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31