Ceyhun Əliyevin Günay İbrahimlinin konsertindən imtina etməsi ilə bağlı açıqlaması

Fevralın 14-də müğənni Günay İbrahimlinin Moskvanın böyük konsert salonlarından birində çıxış etməyi planlaşdırılırdı. Onun konsertinin musiqili qonağı isə Ceyhun Əliyev olmalı idi. Lakin ötən ay Ceyhun səhnəyə çıxmaqdan imtina etdi və bunda təşkilatçını qınadı. Bu gün isə Günay konsertdən imtina etdiyini bəyan edib.

C.Əliyev bildirib ki, səhərdən ona edilən çoxlu saylı zənglərdə bəzi insanlar Günayı bu addımı atmaqda onu günahkar bilir:
"Günayın bu konsertə nə qədər cani-dildən hazırlaşdığını bilirdik. Hətta son vaxtlar məni çox qınadırlar ki, dostsuz, niyə imtina etdin səhnəyə çıxmaqdan? Günay məndən bir dəfə olsun soruşmadı ki, niyə belə bir açıqlama verdin? Mənə təklifi edən təşkilatçı idi, sözümü də ona dedim. Günaya isə təmənnasız belə dəstək olmağa hazır olduğumu bildirmişdim. Əgər Günay istəsəydi, ona görə bir qəpiksiz səhnəyə çıxardım. Mən danışanda, çoxu inanmadı, amma fakt budur ki, təşkilatçı vədinə əməl etmədi.
Bəzi insanlar mənə zəng vurur ki, "yəqin sən Günaya demisən, konsertdən imtina edib". Mən Günaya sadəcə uğurlar arzuladım. Reket deyiləm ki, başqası ilə bağlı qərarlar verim. Konsert baş tutsaydı, Günayın adına sevinərdim. Bu günkü vəziyyətdə hər hansı bir yaradıcılıq işini ərəyə gətirmək istəyən şəxs ağıllı addım atmalıdır. Hansımız oluruqsa olaq, niyə ziyana işləməliyik?
Günay bacarıqlı sənətçidir. Özü istəsə, konserti baş tuta bilər. Amma bunu vergisi və digər xərclərini düşünəndə,ən gözəli imtina etməkdir. Günay ağıllı adım atıb. Onun potensialı var, sənətdə çox şeyə qadirdir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31