Ayan: "Sevgi çox güclüdür" VIDEO
8 Fevral 2016 13:36 MədəniyyətMüğənni Ayan Babakişiyeva yeni mahnısını təqdim edib. "Olaylar"az-ın verdiyi xəbərə görə, sözləri Baba Vəziroğluna, musiqisi Elçin İmanova, aranjimanı Emil Minşayevə məxsus olan mahnı "Çağır gələrəm" adlanır. A.Babakişiyeva yeni ifasının hit olacağını iddia edib:"Mahnı 2,5 il bundan əvvəl yazılıb. Sənətimdə dönüş edəcəyinə inanıram. Elçin İmanovdan bəstə ifa edən zaman, düşünürəm ki, bu mahnı sıradan deyil, sənətkarların qulaq asacağı mahnıdır. Elçin İmanov həm də müəllimimdir. Elə oxutdurur ki, mahnıya yanaşma, çalarlar hamısı yerində və gözəl olur. Sözlərini də çox bəyənmişəm, dərin mənası var. Əslində şeirin adı "Sevgi ayrılıqdan güclüdür vallah" adlanır. Biz "Çağır gələrəm" adlandırdıq. Göründüyü kimi, sevgi çox güclüdür. Sevən o biri dünyada olsa belə, sevgisi üçün qayıdıb gələr. İstəyərəm ki, hamı belə güclü sevsin. Repertuarımda ən sevdiyim mahnılarımdan biri olacaq, çünki sənətkarlar hazırlayıb. Eyni zamanda həyatında əsl sevgi yaşayanlar üçün gözəl bir ərməğan olacaq".