"Yalandan dedilər ki, Hüseyn sərxoş olub"
5 Fevral 2016 11:25 MədəniyyətMərhum reper Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona İbadova "Bizimləsən" verilişinin qonağı olub. Axşam.az bildirir ki, Sona ifaçının ölümünə telefonun səbəb olduğunu deyib:
"Hamı bilsin ki, Hüseyn Dərya intihar etməyib. 38 yaşı var idi, heç vaxt ölmək istəməyib. Hüseynin başı telefona qarışıb, mesaj yazırmış. Gedib "KamAZ"a çırpılıb. "KamAZ" sürücüsü məsuliyyəti üzərindən atmaq üçün yalan danışıb. Guya Hüseyn sərxoş olub, son anda deyib ki, "Ölmək istəyirəm". Ekspertiza sübut etdi ki, Hüseyn qəza zamanı sərxoş olmayıb. Telefon əlində, sürəti idarə edə bilməyib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31