Aşıq Samirə 12 kilo arıqladı: "İdeal bədən quruluşuma qovuşdum"

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Samirə Əliyeva xeyli çəki verib. Lent.az-a açıqlama verən sənətçi bildirib ki, həkim-dietoloq Tutu Zeynalovanın tərtib etdiyi "Sağlam həyat tərzi" proqramı ilə arıqlayıb: "Tutu xanımın pəhriz proqramına başlamamışdan öncə çəkim 68 kilo idi. Boyumu, yaşımı nəzərə alanda ideal çəkim 56 olmadı idi. 2 ay davam edən pəhriz proqramı müsbət effektini göstərdi. Və mən ideal bədən quruluşuma qovuşdum. Tutu xanım, məni özümə sevdirdi".

Qeyd edək ki, arıqladıqdan sonra imicində də dəyişiklik edən Samirəyə bu işdə saç ustası - Ağabacı Məmmədova və stilist Şanel Anar köməklik ediblər. Samirənin geyindiyi qara libas özünün ideyası ilə dərzi Aybəniz Əhmədova tərəfindən tikilib. Fotoların müəllifi Orxan Hüseynovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31