Azərbaycanlı aparıcı müflis oldu?
3 Fevral 2016 18:45 MədəniyyətAzad Azərbaycan Telekanalının (ATV) simalarından biri Şəhriyar Əbilov ona aid olan geyim butikinin fəaliyyətini dayandırıb. Primetime.az bildirir ki, aparıcı şəxsi biznesində yaşanan problemlərə belə aydınlıq gətirib: "Hazırda biznesimi dondurmuşam. Böhran mənim də işlərimə təsir edib. Buna baxmayaraq, planlarım çoxdur. Soyadımı daşıyan "Əbilov" brendini təsdiq edib moda evi açmağı düşünürəm. Bu isə gələcəyin işidir. Moda evimdə italyan geyim tərzi ilə milli üslubun sintezi öz əksini tapacaq".
Biznesinin ömrü cəmi 3 ay çəkən Şəhriyar yeni layihələr üzərində çalışdığını da gizlətməyib: "Yeni layihə üzərində işləyirəm. Həftədə bir dəfə bayağı olmamaq şərtilə, gecə şousu hazırlamaq niyyətindəyəm. Efirin nə vaxt olacağını isə dəqiq deyə bilmərəm. Bu, birbaşa sponsorlardan asılıdır. Artıq onlarla danışıqlar da gedir. Nədənsə, bəzi sponsorlar bizə qoşula bilmirlər. Yəqin, böhran onların da gözünü qorxudub".