Azəri Günel: "Plastik cərrahdan yan qaçmaram"

Türkiyədə yaşayan tanınmış estrada müğənnisi Azəri Günel xanımların plastik əməliyyatlarından danışıb. Primetime.az bildirir ki, sənətçi əvvəlcə diş implantı etdirməsi ilə bağlı yayılan şayiəyə aydınlıq gətirib. "Dişlərini hansı həkim, harada düzəldib" sualına müğənni belə cavab verib: "İnanın bu suala cavab verməkdən artıq yorulmuşam. Dişlərim implant deyil, hamısı özümündür. Sadəcə olaraq, onları həkim nəzarəti ilə qoruyuram".

Müğənni deyir ki, hər bir qadın mütləq şəkildə baxımlı olmalıdır: "Belə bir deyim var: "Çirkin qadın yoxdur, özünə fikir verməyən xanım var".

Gənc qızlarımız gözəllik salonuna gedib özlərinə vaxt ayırmalı, saçlarına, üz dərisinə, dırnaqlarına qulluq etməlidirlər. Mən plastik əməliyyatlara qarşı deyiləm. Əgər bir xanımın buna ehtiyacı varsa, bunu etsin. Gələcəkdə lazım olsa, mən də plastik cərrah bıçağından yan qaçmaram. Görünüşümdən çox razıyam. Hər səhər yuxudan oyanıb güzgüyə baxanda Allaha min şükr edirəm ki, məni belə gözəl gözlü yaradıb..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31