Qızından Mətanət İsgəndərliyə qadağa
3 Fevral 2016 13:04 MədəniyyətƏməkdar artist Mətanət İsgəndərliyə qızı Ülkər qadağa qoyub.
Axşam.az-a açıqlama verən müğənni övladının nişanının qayıtması ilə bağlı suallara belə cavab verib: "Nişanın qayıtması çoxdan olub. Qızım mənə qadağa qoyub. Deyir, "Ana heç bir yerdə mənlə bağlı danışma". Ona görə də qızım haqda danışmayacağıma söz vermişəm. Toyu olanda hamı biləcək, onsuz, mətbuatdan nəyisə gizlətmək mümkün deyil".
M.İsgəndərli oğlu Kərimin müğənnilik sevdasından da söz açıb:
"Kaş oğlumu sənətə yönəldərdim. Çox istedadlıdır, həvəsi də var. Kərimlə gözəl duet oxuyacam. Kliplərimdən birində də çəkiləcək. Anasıyam da, çalışıram, balam üçün nəsə edim. Özü də mənim üçün maraqlı layihə hazırlayır. Nə olduğunu gizlədir. Deyir, "Ana şok olacaqsan". Amma qızımın səsi yoxdur. Ülkər gözəl rəqs edir, pianoda çalır".