Toliklə Natavanın məhkəməsi olub
3 Fevral 2016 11:46 MədəniyyətMüğənni Natavan Həbibi ilə prodüser Tolik arasındakı məhkəmə prosesi başa çatıb. SİA-nın verdiyi xəbərə görə, bu haqda Tolik "İnstagram" səhifəsində yazıb: "Məhkəmə barışıq qərarı verdi. Bununla da bizim Natavanla məhkəməmiz bitdi".
N.Həbibi isə öz "İnstagram" səhifəsində"Nəhayət. Adama deyərlər sizə bu lazım idi?"- deyə, əlavə edib.
Qeyd edək ki, N.Həbibi Toliki şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına əsasən Tolik Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31