"Toylar yox dərəcəsindədir"
2 Fevral 2016 18:36 MədəniyyətDevalivasiyadan sonra toylar yox dərəcəsindədir. Evdə bu saat hamımız hər şeyə qənaət edirik. Hər şeyi qənaətlə işlədirik. Hətta suyu belə. Əvvəllər bir az bahalı su alıb içirdim, indi ucuzlu su alıb içirəm, inanın. Big.az xəbər verir ki, müğənni Mətanət İsgəndərli devalivasiyadan danışıb: "Toylara baha getmirəm. Məndən də baha gedənlər var. Ümumiyyətlə, heç vaxt toylara baha qiymətə getməmişəm. Xalqın vəziyyətini nəzərə almışam. Həmişə toya görə mənə zəng vuran adama, imkanın nəyə çatır, onu ver demişəm. İnsan elədiyini deməz. Pulsuz gedib yarım saat mahnı oxuduğum toylar da olub. Yaxşılıq elə bir şeydir ki, onu elə at dənizə. Balıq bilməsə də, xaliq bilər. Dünyada ən zövq aldığım şey yaxşılıq etmək və mahnı oxumaqdır. İnsanları sevindirməkdən həzz alıram".