Bu məşhur mahnı Zöhrə Abdullayevanın anasına yazılıbmış...
2 Fevral 2016 20:05 MədəniyyətƏməkdar artist Zöhrə Abdullayeva "Azərbaycan maralı" mahnısı ilə bağlı etiraf edib. Axşam.az-ın məlumatına görə, müğənni "10-dan sonra" verilişində bəstənin anası üçün yazıldığını bildirib: "İsgəndər Novruzlu tərəfindən mahnı anam üçün yazılıb. İsgəndər Şuşada çayxanada oturubmuş. Atam da o vaxtlar Şuşanın mədəniyyət şöbəsinin müdiri imiş. İsgəndər atama deyib ki, bir qıza mahnı yazmışam. Atam cavab verib ki, gedək, mənə də göstər qızı. Həmin an anam ordan keçibmiş. İsgəndər deyib, bu qızdır. Atam görüb ki, nişanlısı. Deyib, "Yazmısan, bir də etmə". Mahnını ilk dəfə Gülağa Məmmədov oxuyub. Daha sonra onu "Azərbaycan maralı" kimi oxudular. Əslində isə "Qarabağın maralı"dır. Bəstənin yazılmasından 67 il ötüb. Müasir dövrdə ən düzgün versiyasını Ağadadaş Ağayev oxuyub".