"Plastik əməliyyat nədir bilmirəm" - Mətanət Əsədova
2 Fevral 2016 19:45 MədəniyyətMüğənni Mətanət Əsədova "Bizimləsən" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, sənətçi plastik əməliyyat etdirməsi ilə bağlı deyilənlərə cavab verib. O, heç bir yerinə estetik müdaxilə etdirmədiyini deyib: "Bir dəfə Zaur Baxşəliyev səhər verilişi aparanda məni "Azərbaycanın Cennifer Lopesi" deyə təqdim etmişdi. Ətrafda xəbər yaydılar ki, guya mən özüm onu öyrətmişəm. İllərdir efirdəyəm, mənim haram dəyişib? Mən plastik əməliyyat nədir bilmirəm. Niyə deyirlər ki, Mətanət Əsədova təpədən-dırnağa kimi silikondur? Bircə dəfə bıçaq altına yatmışam. Ailəmlə birlikdə qəza keçirtmişdim, burnum sınmışdı, onu düzəltdirdim. Allahdan qorxmursunuz? Niyə yalandan böhtan deyirsiniz?".
M.Əsədova şəxsi həyatı ilə bağlı etiraf edib: "İnsanlar ətrafdakıların fikrinə çox önəm verirlər. Biri məni istəyirdi, ölürdü dərdimdən. Amma deyirdi anam, qonşum nə deyər? Müğənninin adı çıxıb. Hər mövsümün öz geyimi var. Niyə bizim geyimlərimiz qınanır?".