Xalq artisti Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Bəylər qızı Hüseynovanın məktubu mətbuata necə düşməsindən də təəcüblənib:
"Həbsxanada oturan adamın məktubunu kim qəbul edib? Harada var bu qanun? Necə ola bilər ki, həbsxanada otura-otura o, kiməsə şər atsın kimsə də bunu götürüb dərc etsin. Ayıb olsun o adamlara ki bu şər böhtanı dərc edib. Onsuzda hər kəs məni tanıyır. Azərbaycan xalqı bilir ki, ölkədə bir dənə ifritə, oğru, dələduz, adam öldürən varsa o da mənim keçmiş qulluqçum Mehriban Bəylər qızı Hüseynovadır".

"Yeni Musavat" qəzəti Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Bəylər qızı Hüseynovanın məktubunu dərc edib. Həmin məktubda o, şəxsiyyət əleyhinə yönələn, işgəncə, alçaltma elementləri ilə zəngin səhnələrdən söhbət açılıb.

Mehriban Bəylər qızı Hüseynova
Bir müddət əvvəl də ifaçı köməkçisi Mehriban Hüseynovanı dələduzluqda ittiham edib. "O, saxta vəsiyyətnamə hazırlayıb. Evimdən 5500 manat pul oğurlayıb fırıldaqçılara verib ki, mənim imzamı sənədə həkk etsinlər. Həmin sənədə görə, guya mən öləndən sonra bütün mülkiyyətim, ev-eşiyim, pulum o qadına qalmalıdır."
Müğənni bununla bağlı əlində dəlil və sübutların, videogörüntülərin, səs yazılarının olduğunu deyərək hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim də edib. Bir neçə gün sonra isə Mehriban Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.