İlhamə Quliyevanın keçmiş köməkçisi Elzanın da adını hallandırır

Bakı İstintaq Təcridxanasında saxlanılan xalqa artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın musavat.com-a ünvanladığı məktubda əməkdar artist Elza Seyidvcahanın adını da hallandırması cavabsız qalmayıb. Lent.az-a açıqlama verən E.Seyidcahan bildirib ki, bu mövzuda bir daha danışmayacaq: "Müqəddəs kəlamda yazılıb: "Allahın mənə vədi var. Ey mənim saleh bəndəm, əgərə düşmənlərin sənin qarşını bir yoldan kəsərlərsə, mən onları sənə qarşı yeddi yoldan vuracam. Ey Allahım, məni pislərdən etmə, amandır. Sənə qarşı hər ixtiyarım yamandır. Səni sevdim, sən bilirsən. Nə zamandır, hər zamandır".
Qeyd edək ki, Bakı İstintaq Təcridxanasında saxlanılan xalqa artisti İlhamə Quliyevanın keçmiş köməkçisi M.Hüseynova musavat.com-a ünvanladığı məktubda əməkdar artist Elza Seyidvcahanın adını hallandıraraq, bu sözləri deyib:  "Pulunun tükənəcəyini görən İlhamə Quliyeva bu dəfə Elza Seyidcahana üz tutdu və onu şantaj edərək pul qazanmaq qərarına gəldi. F.Ələkbərli İlhaməyə zəng edərək Elza xanım haqda məlumat verdi, bundan sonra İlhamə efirə yalandan öz fərziyyələri haqda həqiqət olmayan müsahibələr verdi və Elzanı məhkəməyə verib 1 milyon manat təzminat alacağını dedi. Bundan sonra ona havadarlıq edən şəxslərə zəng edib tapşırdı. Ondan ən azı 100 minə yaxın pul alacağını söylədi. İlhamə "Kimin canını almaq istəyirsənsə onun pulunu al, Elza Seyidcahanı elə edəcəm ki, Dostəliyeva yalan olacaq. Yaxşı ki, uşaq evinə üzv oldum, onları bəhanə edib o pulları alacam" dedi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31