Miri Yusif məhkəmədə Funda Arara qalib gəldi VIDEO

Türkiyəli müğənni Funda Ararla azərbaycanlı ifaçı Miri Yusif arasındakı məhkəmə prosesi həmyerlimizin xeyrinə başa çatıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bu haqda "Facebook" səhifəsində yazıb: "Oğurluq və başqa xoşagəlməz halların müddəti məlum bir zaman təşkil edir. Bəlkə də dünyada baş verən müəyyən proseslərlə əlaqədar bu müddət bir qədər yubandı. Hər pis əməlin üstü açılır. Türkiyə Müəllif Hüquqları təsdiq etdi: türkiyəli müğənni Funda Ararın 2015-ci ildə oxuduğu "Bağışla" Miri Yusifin 2009-cu ildə ifa etdiyi "Bağışla" mahnısının tam təkrarıdır".

Qeyd edək ki, Fundanın yeni albomuna daxil etdiyi və klip çəkdirdiyi "Bağışla" adlı mahnıda müəllifinin adını qeyd etməməsi Miri Yusifi özündən çıxarmışdı. Müğənni müəllif hüququnun tapdandığını bildirərək, məhkəməyə müraciət etmişdi. 

 

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31