Mehriban Xanlarova: "Mənə şər atırlar”
1 Fevral 2016 15:56 MədəniyyətAkademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova bu gün Nəsimi rayonu 19-cu polis bölməsinə çağırılıb.
Məsələ haqqında SİA-ya açıqlama verən aktrisa faktı təsdiqləyib: "Böyüdüyüm ailə var. O ailəni ikinci valideynlərim hesab edirəm. Uşaqlığım həmin ailənin evində keçib. Mənim həmin ailə ilə xeyli sayda şəkillərim var. Onların evində olanda yad adam gördüm və kimliyini soruşdum. Həmin xanım özünü Şamama olaraq təqdim edir. Yalan danışır. Onun əsl adı Aytəndir. Guya adı Şamama olanın məqsədi X.Məmmədovun evini ələ keçirməkdir. Xaliq əminin bədəninin yarısından çoxu şişdir. Amma o, xəstə olduğunu bilə-bilə həkimə belə aparmır. Mən isə dəfələrlə kişini müayinə elətdirmişəm. Şamama istəyir ki, kişi ölsün, ev onun olsun. Ərizədə yazıblar ki, guya məni böyüdən Xaliq Məmmədov adlı adamı təhqir etmişəm. Mənə şər atırlar".
Qeyd edək ki, polis bölməsinə çağırılan əməkdar artist izahatı alındıqdan sonra sərbəst buraxılıb.