Mehriban Xanlarova polisə çağırıldı: "O kişinin evinə getmişəm..."
1 Fevral 2016 13:23 MədəniyyətAkademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova polisə çağırılıb. Ölkə.az-ın əldə etdiyi məlumata görə, bu gün aktrisa Nəsimi rayonu 19-cu polis bölməsinə gedərək ifadə verib. Hələlik onun kimin şikayəti əsasında polisə çağırıldığı məlum deyil. Məsələni diqqətdə saxlayacağıq. Mehriban Xanlarova polisə çağırılmasından danışıb. O, üstünə şər atıldığını deyir: "Böyüdüyüm bir ailə var. O ailəni ikinci valideynlərim hesab edirəm. O kişinin evinə getmişəm, həkimlər gətirmişəm. Həmin vaxt yad bir adam görəndə soruşdum ki, bu kimdir. Onlar da bundan sui istifadə edib məndən şikayət ediblər. Ərizədə yazıblar ki, guya məni böyüdən Xalıq Məmmədov adlı adamı təhqir etmişəm. İzahatımı verib sərbəst buraxıldım".
Xatırladaq ki, aktrisa bu gün Nəsimi rayonu 19-cu polis bölməsinə çağırılıb.