"Telefon və rəfiqə yıxan evi heç kim yıxa bilməz"

Müğənni Fədayə Laçın maraqlı açıqlaması ilə gündəmə gəlib. Big.az xəbər verir ki, "Hər şey daxil" verilişinə danışan müğənni bildirib ki, bu günə kimi heç vaxt rəfiqəsi olmayıb.

"Məktəbdə oxuyanda telefon işlətmək istəyirdim. Deyirdim ki, evdəkilərə mənə telefon alın ki, sinif yoldaşlarımla əlaqə saxlayım. Darıxırdım axı... Bir qohumumuz var idi, mənə dedi ki, "telefon və rəfiqə yıxan evi heç kim yıxa bilməz". O söz mənim qulağımda sırğa oldu. Həyatda heç vaxt rəfiqə axtarışına çıxmamışam. Həyatda rəfiqəm yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31