"Kişinin üzü təmiz olar"

Müğənni Vasif Məhərrəmli "Ondan sonra" verilişinin qonağı olub. Lent.az xəbər verir ki, verilişə qonaq olan ifaçı maraqlı açıqlamalar verib: "Deyirlər ki, incəsənət qurban tələb edir. Özlərini bıçaq altına salıb, əməliyyat etdirirlər. Buna pis baxmıram. Bunu estetik gözəllik xatirinə edirlər. Deyirlər ki, "kişidən mazut iyi gələr". Amma mən bu fikirlə razı deyiləm. Fikrimcə, kişidən ətir iyi gələr. Kişi təmizkar olar. Kişinin üzü həmişə təmiz olar. Uşaqlar inciməsin, indi hamısı saqqalda gəzir. Saqqalda gəzən necə təmiz ola bilər? İndi dəb olub, hamısı saqqal saxlayır. Kənardan baxanda da estetik olaraq pis görsənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31