Aktrisadan etiraf: "Sevirəm və sevilirəm"
29 Yanvar 2016 18:20 MədəniyyətAktrisa Xuraman Əlizadə həyatı ilə bağlı etiraf edib. Axşam.az-ın məlumatına görə, aktrisa "Yeri gəlmişkən" verilişində həyatında sevdiyi şəxs olduğunu bildirib: "Tamaşaçılar hər zaman məşhur insanların həyatıyla maraqlanıblar. Kiməsə maraqlıdırsa, həyatımdan danışım. Hamı kimi yaşayıram. Orta dərəcədə maddi imkanı olan atam-anam var. Sevirəm və sevilirəm. Bunu danmağım yalan olar. 30 yaşımı keçmişəm, necə danım? Toya gəldikdə isə... Hər şey qismətdən asılıdır, vaxtı gələndə olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31