Gözündən əməliyyat olunan Rəmişdən yeni xəbər var
29 Yanvar 2016 12:20 MədəniyyətXalq artisti, gitar ifaçısı Rafiq Hüseynov (Rəmiş) əməliyyat olunub. SİA-ya bu haqda həyat yoldaşı Gülü xanım məlumat verərək həyat yoldaşının hazırda yaxşı olduğunu deyib: "Rəmiş sol gözündən əməliyyat olunub. Gözündə mirvari suyu var idi, yaxşı görmürdü. Bu da təbii haldır. Çünki bütün yaşlı insanlarda belə hallara rast gəlinir. Şükürlər olsun ki, hazırda vəziyyəti yaxşıdır. Bir azdan kanalların birində efirə çıxacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31