“İrəvanda xal qalmadı” tamaşasının premyerası olub

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti şair-dramaturq Hidayətin "İrəvanda xal qalmadı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerasını təqdim edib. "OLAYLAR"-ın xəbərinə görə, Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir. Tamaşada Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun ziyalı və  ağsaqqalları, fəal gənclər, o cümlədən rayon ictimaiyyəti iştirak edib. Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmış səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor assistenti Rövşən Cəfərovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31