"Atam həmin hadisədən sonra Seda Sayanı söydü"
28 Yanvar 2016 12:26 MədəniyyətMüğənni Azəri Günel Zeynalova türkiyəli ifaçı Seda Sayanla küsülü olduğunu bildirib. Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin onlarla" verilişində atası Rəhman Zeynalovun Sayana söyüş söydüyünü etiraf edib: "Türkiyə şou-biznesində məni gözügötürməyənlər çoxdur. Onlardan biri də Seda Sayandır. Uzun müddətdir onunla görüşmürəm. Bir dəfə proqramına dəvət etdi. Mənə keçmiş həyatımla bağlı süjet hazırladı. Şok oldum. Niyə belə etmişdi, başa düşmədim. Tamaşaçılara hörmətsizlik etməmək üçün verilişdən çıxıb getmədim. Sonra "Sarı gəlin" haqda danışanda sözümü kəsdi. Verilişdən sonra atam Seda Sayana söydü və dedi ki, "Bir də sən mənim uşağımı verilişə dəvət etmə". Neçə ildir Seda Sayanla görüşmürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31