Prodüser: “Musanın psixi problemləri var”
27 Yanvar 2016 16:28 MədəniyyətProdüser Pərviz Abbasovla (Pərviz Fəqan) müğənni Musa Musayev arasında baş verən insidentin məhkəmə araşdırması yekunlaşıb. Məhkəmə qərarına əsasən, Pərviz Abbasov əmək haqqından 15 faiz tutulmaqla 1 il müddətinə islah işi cəzasına məhkum edilib. Cəzası bitənə qədər ölkəni tərk etməsinə də məhdudiyyət qoyulub. Bir il müddətinə dövlətin hesabına pul köçürməsə, işləməsə, ona qarşı daha sərt cəza tətbiq olunacaq.
Prodüser Publika.az-a açıqlamasında qarşı tərəfi şər və böhtan atmaqda ittiham edib:
"Arzu Mələyin doğum günündə Musa Musayevlə əlbəyaxa olduq. Səhəri gün Təranə Qumralla ANS-də canlı yayımda qonaq idilər. Canlı yayımda Təranə dedi ki, Musa qara kəmər ustasıdır. Pərviz ona heç nə edə bilməz. Amma 10 gün sonra gedib məhkəməyə şikayət edib ki, guya onun burnunu sındırmışam. Bu şər və böhtandır. Ümumiyyətlə, Musanın psixi problemləri var. Əvvəl deyirdi ki, Təranəni kişi ilə tutmuşam. Sonra dedi ki, yox, gözümə görünüb. Musanın psixoloji problemləri olduğunu Təranə də etiraf etdi. Belə bir insanın sözünü necə ciddi qəbul etmək olar?!"
Maraqlıdır, prodüser kəsilən cəza ilə razıdırmı?
Prodüser məhkəmə prosesini uzatmayacağını bildirib:
"Apelyasiya şikayəti verməyəcəm. Musa kimdir ki, vaxtımı ona sərf edim? İşlərimlə də vəkilim məşğul olur. Əmək haqqımın 15 faizini dövlətə ödəməyə hazıram".