Elnarənin verilişi bağlanıb
27 Yanvar 2016 15:00 MədəniyyətANS-in aparıcısı Elnarə Təhməzovanın "İncə+" verilişinin yayımı dayandırılıb. Axşam.az xəbər verir ki, proqram hər həftənin bazar günü efirə gedirdi. "İncə+" sonuncu dəfə dekabrın 13-də yayımlanıb.
Qeyd edək ki, "İncə+" verilişinin yayımı ötən ilin yazında da dayandırılmışdı. Aparıcı E.Təhməzovanın proqramda qara çadra bağlayan qadınları "bayquş"a bənzətməsi dindarların etirazına səbəb olmuşdu. ANS rəhbərliyi proqramın bağlandığını bildirsə də, "İncə+" payızda yenidən efirə getmişdi. E.Təhməzova hazırda "İncə maraqlar" verilişini aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31