Flora Kərimova ilə Nadir barışdı
27 Yanvar 2016 11:46 MədəniyyətXalq artisti Flora Kərimova və müğənni Nadir Qafarzadə toy məclislərinin birində üz-üzə gəliblər. Axşam.az xəbər verir ki, uzun müddətdir küsülü olan ifaçılar barışıblar. Barışıq addımını N.Qafarzadə özü atdığını bildirib: "Bu gün xeyir işdə Flora xanımı gördüm. Aramızda inciklik olsa da, yaxınlaşıb görüşməyi özümə borc bildim. Elə də etdim, mən onu sevirəm. Yaşa dolduqca həyata baxışım dəyişir. Heç kimlə küsülü qalmaq istəmirəm. Qorxuram ki, qəfil dünyadan köçərəm, kimdənsə küsülü gedərəm. Bir-birinizin qədrini bilin, onsuz da dünya fanidir".
Qeyd edək ki, F.Kərimovanın N.Qafarzadə üçün dediyi "Sənə çörəyi mən vermişəm" sözləri sənətçini özündən çıxarmışdı. N.Qafarzadə xalq artistinə sərt cavab vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31