Nadir Xatunu müdafiə etdi

Müğənni Nadir Qafarzadə həmkarı Xatun Əliyevanı müdafiə edib. Axşam.az-ın məlumatına görə, sənətçi "Hər şey daxil" verilişində Xatunun parodiyasını bəyənməyənlərdən danışıb: "Bizim insanlar parodiyanı anlamırlar. Elə bilirlər ki, Xatun onların ağzını əydi, məsxərəyə qoydu. Fikirləşmirlər ki, bu dünyada qəbul olunmuş bir haldır. Müğənniləri də qınamıram, çünki insanlar parodiyaya normal yanaşmırlar, yozurlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31