Yuğ teatrı fəaliyyətini Kukla Teatrında davam etdirəcək
26 Yanvar 2016 11:56 MədəniyyətBakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət "Yuğ" teatrının binasının da sökülməsi nəzərdə tutulub. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən "YUĞ" Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31